“Onu boşayacam”backend

“Onu boşayacam”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Sevinc Allahverdiyevanın həyat yoldaşı Faiq Allahverdiyev AzNews.az-a açıqlamasında həyat yoldaşı ilə aralarında mübahisə düşdüyünü təsdiqləyib:

“Mən onu nə döymüşəm, nə də xəsarət yetirmişəm. Həmin vaxt anam-atam bizdə olub. Qardaşı da bizimlə qonşudur. Mən onu vurmamışam. Özü də hazırda evdədir, səhhətində heç bir problem yoxdur. Mərkəzi xəstəxanadan maraqlanın görün ora belə bir xəstə gətirilib? Sadəcə, boşanmaq haqqında qərar verdim”.

Faiq Allahverdiyev qərarının qəti olduğunu deyib:

“Belə yaxşıdır. İki oğlum var, uşaqlar kimi istəsə onunla qalar. Amma bu daha belə getməyəcək. Qəti qərarımdır”.

Qeyd edək ki, Samuxda 37 yaşlı kişi həyat yoldaşını döyüb. Rayonun Əhmədbəyli kənd sakini Sevinc Allahverdiyeva müxtəlif dərəcəli xəsarətləri alıb.

İnterpress.az