“Cümhuriyyətimizi quranların xatirəsi əbədiləşdirilsin”backend

“Cümhuriyyətimizi quranların xatirəsi əbədiləşdirilsin”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Deputat sovet işğalı nəticəsində qardaş Türkiyəyə mühacirət etmək məcburiyyətində qalan Cümhuriyyət qurucularımızdan və fəallarından danışıb və onların qardaş Türkiyədə xatirəsinin əbədiləşdirilməsi üçün addımlar atmalıyıq deyib: \”Hər zaman getdiyimiz hər yerdə fəxrlə deyirik ki, bütün müsəlman şərqində ilk parlamentli demokratik respublikanı – Azərbaycan Xalq Cümhuriyyətini Azərbaycan xalqı qurub. Xalq Cümhuriyyətinin qurucuları və bir sıra fəalları Sovet işğalı nəticəsində qardaş Türkiyəyə mühacirət edib, orada yaşayıb mübarizələrini davam etdiriblər. 3 gün əvvəl İstanbulda Feriköy məzarlığını ziyarət etdik. Orada cümhuriyyətiminzin qurulmasında böyük xidmətləri olmuş bir çox böyük şəxsiyyətlərimiz yatır. Orada Difai təşkilatını quraraq ermənilər tərəfindən xalqımıza qarşı həyata keçirilən amansız cinayətlərə qarşı mübarizə aparan böyük şəxsiyyət Əhməd Ağaoğlu və onun ailəsi yatır. Orada 20-ci əsrin əvvəllərində Qarabağda və ətraf bölgələrdə ermənilərin xalqımıza qarşı törətdiyi dəhşətli cinayətləri durdurmaq, qarşısını almaq üçün Xosrov bəy Sultanov yatır. Orada ömrünü Azərbaycan mübarizəsinə həsr etmiş ilk milli təhlükəsizlik nazirimiz Nağı bəy Şeyxzamanlı və ailəsi yatır. Orada böyük işlər görmüş Xəlil bəy Xasməmmədov kimi cümhuriyyət nazirlərimiz, Hüseynqulu bəy Xoyski kimi böyük şəxsiyyətlərimiz yatır. Orada gələn il 100 illik yubileyini qeyd edəcəyimiz Azərbaycan parlamentinin o zamankı millət vəkillərindən biri, özünü Azərbaycan mübarizəsinə həsr edən Mehmet Sadıq Aran kimi millət vəkillərimiz və Mir Yaqub Mehdi də daxil olmaqla bir sıra ziyalılarımız yatır. Amma bu tarixi qəbiristanlığın girişində belə orada Azərbaycan Xalq Cümhuriyyətinin bəzi qurucularının, fəallarının məzarlarının yerləşməsi barədə bir məlumat lövhəsi belə yoxdur.

Gələn il – 2 ay sonra dövlət səviyyəsində Cümhuriyyətimizin 100-cü ildönümünü qeyd edəcəyik. Cümhuriyyətimizlə bağlı cənab Prezidentin imzaladığı sənədlər var və bunlar çox vacib və önəmlidir. Çox vacibdir ki, tarixi Feriköy məzarlığının girişində orada məzarı olan cümhuriyyət qurucuları və fəalları ilə bağlı bir abidə qurulsun və orada yatan bütün böyük şəxsiyyətlərimizlə bağlı məlumatlar verilsin.

Eyni zamanda çox vacibdir ki, o böyük şəxsiyyətlərin məzarlarının üzəri yüksək səviyyədə düzəldilsin, xüsusi lövhələrdə hər bir şəxsiyyətimiz barəsində məlumatlar qeyd edilsin ki, ziyarət edənlər orada nə qədər böyük şəxsiyyətlərin məzarı olduğunu bilsinlər”.

İnterpress.az