AGAT-Sağlam həyatın təşviqi ilə bağlı seminar təşkil edib – FOTObackend

AGAT-Sağlam həyatın təşviqi ilə bağlı seminar təşkil edib – FOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xəbər verir ki, açılış mərasimində AGAT-ın sədri Lalə Mehdiyeva çıxış edərək seminarın məqsədlərindən danışıb. Bildirib ki, əsas məqsəd gənclər arasında sağlam həyatın, sağlam qidalanmanın təşviqi, bədən tərbiyəsinin psixoloji tərəflərinin aşılanmasına dəstək olmaqdır.
Sonra seminar başlayıb. Azərbaycan İdman Jurnalistləri Assosiasiyasının üzvü, fitnes üzrə ekspert Əkbər Kərim bildirib ki, digər idman növlərindən fərqli olaraq fitnesdə əsas məqsəd bədəndəki bütün əzələləri alətlə və ya alətsiz tək-tək işlədərək elastikləşdirmək və formaya salmaqdır. Demək olar ki, bütün idman növlərində fitneslə əlaqəli idman hərəkətləri var. Fitnes bədənə forma verən idman növlərindən bir qədər fərqlidir. Fitnes zamanı edilən hərəkətlər bədənin elastikliyini artırır və estetik gözəllik bəxş edir. Bu idman növü ilə mütəmadi məşğul olmaq lazımdır.Tədbirdə QHT və Media nümayəndələridə iştirak edib.
Seminarın sonunda iştirakçıların sualları cavablandırılıb.

AGAT-Sağlam həyatın təşviqi ilə bağlı seminar təşkil edib - FOTO

İnterpress.az