Ermənistan ordusunun hərbi hissəsində partlayış — çoxlu ölən və yaralanan varbackend

Ermənistan ordusunun hərbi hissəsində partlayış — çoxlu ölən və yaralanan var

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az-ın “Report”a istinadən məlumatına görə, bu barədə Ermənistanın sosial şəbəkə istifadəçiləri xəbər yayıblar.
Məlumatda hadisənin oktyabrın 19-da baş verdiyi və xeyli sayda ölən və yaralananın olduğu qeyd edilib. Hadisə yerinə xeyli sayda təcili yardım maşınları və digər xüsusi texnika cəlb edilib. Faktla bağlı cinayət işi açılıb, istintaq aparılır.

Partlayış baş verən ərazidə müxtəlif qurumların vəzifəli şəxslərindən ibarət komissiya işləyir.

İnterpress.az