Şəmkirdə 15 yaşlı yeniyetmə qətl törətdibackend

Şəmkirdə 15 yaşlı yeniyetmə qətl törətdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az-ın APA-ya istinadən məlumatına görə, rayonun Zəyəm qəsəbə sakini, 1989 Məmmədov Tural Ramiz oğlu bıçaq xəsarətləri ilə Şəmkir Rayon Xəstəxanasına çatdırılsa da, onun öldüyü məlum olub.

İlkin məlumata görə, T.Məmmədov mübahisə zəminində həmyerlisi, 15 yaşlı yeniyetmə tərəfindən ürəyindən bıçaqlanaraq qətlə yetirilib.

Faktla bağlı Şəmkir Rayon Prokurorluğunda araşdırma aparılır.

İnterpress.az