Gürcüstanda yaralanmış azərbaycanlı silahlı insident barədə danışıbbackend

Gürcüstanda yaralanmış azərbaycanlı silahlı insident barədə danışıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az-ın APA-ya istinadən məlumatına görə, Elmar Hüseynovun sözlərinə görə insidentdən öncə heç bir hədə-qorxu olmayıb. İnsident zamanı heç nə görmədiyini qeyd edən azərbaycanlı atəş açılan zaman namizəd Ceyhun Çovdarov və tərəfdaşlarının görüş keçirdiyini qeyd edib. O, yalnız xəstəxanada digər şəxslərin də yaralandığı barədə məlumat alıb.
Xatırladaq ki, dünən naməlum şəxslər hakim “Gürcü Arzusu” partiyasının Marneuli rayon bələdiyyə üzvlüyünə Qızılhacılı kəndi üzrə majoritar namizədi Ceyhun Çovdarov və onu müşayiət edən 4 nəfərə atəş açıblar. Onların hamısı güllə yarası alıb. Hadisə “Gürcü Arzusu” partiyasının kənddəki qərargahı yaxınlığında baş verib. Gürcüstan DİN faktla bağlı istintaq aparır.

Hazırda C. Çovdarovun vəziyyəti ağır olaraq qalır. O, süni tənəffüs aparatına qoşulub. Xəsarət almış iki şəxs evə buraxılıb, digər şəxslərin vəziyyəti isə stabildir.

İnterpress.az