“Ramil Şeydayev Azərbaycanda itib-bata bilər“ – Rusiyalı məşqçibackend

“Ramil Şeydayev Azərbaycanda itib-bata bilər“ – Rusiyalı məşqçi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Keçmiş çalışdırıcısı \”Sport-Ekspress\” nəşrinə geniş müsahibəsində Ramil Şeydayev haqda danışıb.

Radimov sabiq yetirməsini tərifləyib:

\”Zenit-2-də 4 il işlədim. Ramil Şeydayev çox istedadlı idi. Onun gedişi “Zenit” və Rusiya üçün böyük itki idi. Ramili necə əldən buraxdığımızı hələ d başa düşə bilmirəm. Əvvəlcə “Rubin”ə icarəyə yollandı. Komandanın baş məşqçisi dəyişəndən sonra yeni futbolçular gəldi. Bu səbəbdən Ramil \”Rubin\”də qalmadı. Şeydayev oradan pis vəziyyətdə qayıtdı. Buna baxmayaraq, “Zenit-2”də 12 çempionat oyununda 10 qol vurdu.

Həmin ilin yayında “Zenit”lə müqaviləsi başa çatdı. Şeydayev indi “Qarabağ”ın ehtiyat oyunçular skamyasında əyləşir. Demək olar ki, meydana çıxmır. Onunla münasibətimiz həmişə yaxşı olub. Arada yazışırıq. Məncə, qərarına görə təəssüflənir. Əgər ona güvənən məşqçi ilə çalışsa, Ramildə hər şey alınacaq. Əks halda, bir klubdan digərinə keçəcək və beləcə Azərbaycanda itib-bata bilər”.

İnterpress.az