Milli Şura və Müsavat bir-birini “yeyir” – Gültəkin Hacıbəylinin saxta profili üzə çıxdıbackend

Milli Şura və Müsavat bir-birini “yeyir” – Gültəkin Hacıbəylinin saxta profili üzə çıxdı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Milli Şuranın keçirdiyi 23 sentyabr və 7 oktyabr mitinqlərindən sonra Müsavatın 21 oktyabra yürüş təyin etməsi (yürüşə icazə verilməyib) düşərgələri üz-üzə qoyub.

Müsavatçılar AXCP-çiləri keçirtdikləri iki mitinqdə iştirakçıların sayını şişirtməkdə ittiham edir. Əks düşərgə isə “Məhsul” stadionunda Müsavatın aksiya keçirməyə gücü çatmadığını iddia edir, buna görə gündəmdə qalmaq üçün icazə verilməyəcəyini bilə-bilə, yürüş təyin etdiyini deyir. Yazılan hər bir statusdakı rəylərdə isə tərəfdarlar bir-birilərini ən ağır formada aşağılayırlar. Qarşıdurma o həddə çatıb ki, artıq hər iki düşərgənin funksionerləri də fəal şəkildə “qırğına” qoşulublar.

Qarşıdurma ən çox AXCP sədri Əli Kərimlinin jurnalist Sevinc Osmanqızına verdiyi müsahibədə ad çəkməsə də, Müsavatı müxalifətin birliyini pozmaqda ittiham etməsi ilə başlayıb. Doğrudur, həmin müsahibəyə qədər cəbhəçilər keçirdikləri mitinqlərlə bağlı Müsavata atmacalı sözlər atır, bir aksiya keçirmək gücündə olmadığını deyirdilər. Müsavatçılar isə sıravi üzvlər səviyyəsində onlara cavab verirdi. Kərimlinin dedikləri isə sanki közərməkdə olan odun üzərinə benzin töküb.

Onun dediklərinin ardından Müsavat başqanının müavini Yadigar Sadıqov AXCP sədrinin ədalətsizlik olduğunu bildirib. Başqan müavininin statusu da hər iki düşərgəni üz-üzə gətirib.

Y.Sadıqova isə ən ağır cavabı Milli Şura funksioneri Eldəniz Quliyev verib. O, vaxtı ilə Milli Şuranı tərk edən Müsavatı tramvayda nəzarətçi görərək, özünü arxa qapıdan atan biletsiz sərnişinə bənzədib. Belə bir statusun altında nələrin baş verdiyini qeyd etməyə gərək yoxdur…

Bu davanın əsas “qəhrəmanı”na isə Milli Şuranın Koordinasiya Mərkəzinin üzvü Gültəkin Hacıbəyli çevrilib. O əvvəl guya etibarlı mənbələrdən aldığı məlumat əsasında bir xəbəri Facebook-da paylaşıb.

Orada xanım siyasətçi hakimiyyətin Milli Şuranın mitinqlərinin qarşısını almaq üçün uzun illərdir müxalifət adı ilə maliyyələşdirdiyi, bəslədiyi şəbəkəni işə saldığını bildirsə də, konkret ad çəkməyib. Ardınca G.Hacıbəyli bumeranq rolunu oynayan halla üzləşib. Belə ki, onun sosial şəbəkələrdə işlətdiyi saxta profil üzə çıxıb. Məlum olub ki, indiyə qədər Milli Şuranın fəal təbliğatını aparan Türkel Oğuz adlı profil ona məxsus imiş. Son olaraq, bu profil dünən Müsavat başqanının müavini Tofiq Yaqublunun keçirmək istədikləri yürüşə icazə verilməməsi ilə bağlı yazdığı statusda yaranan qalmaqalda fəal olub.

Həmin statusda müsavatçı Zakir İsmayılın “Məhsul stadionu”nu axura bənzətməsinə Gülətin Hacıbəyli-Türkel Oğuz belə cavab verir: “Özünüz meydana 300 nəfər çıxara bilmirsiniz, amma meydana çıxan 10 min vətəndaşı heyvan adlandırırsız. Birdəki axurdursa, ötən il 18 sentyabrda orada nə işiniz var idi?”

Göründüyü kimi, hər mitinqlər öncəsi müxalif qurumların bir-birini “yemələri” artıq adi hal alıb. Bu qarşıdurmanın da hələ çox uzanacağını təxmin etmək çətin deyil…

Haqqında danışılan “dava” ilə bağlı bəzi scrin-shotları təqdim edirik.

Milli Şura və Müsavat bir-birini “yeyir” - Gültəkin Hacıbəylinin saxta profili üzə çıxdı

Milli Şura və Müsavat bir-birini “yeyir” - Gültəkin Hacıbəylinin saxta profili üzə çıxdı

Milli Şura və Müsavat bir-birini “yeyir” - Gültəkin Hacıbəylinin saxta profili üzə çıxdı

Milli Şura və Müsavat bir-birini “yeyir” - Gültəkin Hacıbəylinin saxta profili üzə çıxdı

Milli Şura və Müsavat bir-birini “yeyir” - Gültəkin Hacıbəylinin saxta profili üzə çıxdı

İnterpress.az