AŞPA-da Azərbaycan əlehinə səs verən Ukraynabackend

AŞPA-da Azərbaycan əlehinə səs verən Ukrayna

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az-ın məlumatına görə, Kubiv bildirib ki, bir qrup şəxsin AŞPA-da Azərbaycana qarşı səs verməsi rəsmi Kiyevin mövqeyini əks etdirmir.

“Qətnamələrin lehinə Ukraynanın 12 nümayəndəsindən yalnız 5-i səs verib. Səsvermədə iştirak edən deputatlardan heç biri Pyotr Poroşenko Blokuna daxil deyil. Onlar Ali Radada təmsil etdikləri siyasi qüvvələrin fikirlərini ifadə edirlər”.

Nazir qeyd edib ki, bu addım Poroşenkonun siyasətinə zərbə vurmaq məqsədi ilə atılıb: “Təxribatçı hərəkətlərin məqsədi tam aydındır. Ukraynanın Avropaya inteqrasiya kursunun təmin edilməsi və bunun dost Azərbaycanla qarşılıqlı strateji əməkdaşlığa mənfi təsir göstərməməsi kursu yeridən prezident Poroşenkonun siyasətinə zərər vurmaqdır”.

Kubiv, həmçinin qeyd edib ki, Ukrayna və Azərbaycanın əməkdaşlığı bütün sahələrdə fəal genişlənmə və aktivləşmə mərhələsindədir.

İnterpress.az