“Biz iki qardaş ölkənin hərbi ittifaqı səviyyəsinə gəlib çatmışıq”backend

“Biz iki qardaş ölkənin hərbi ittifaqı səviyyəsinə gəlib çatmışıq”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bunu AzNews.az-a açıqlamasında Milli Məclisin deputatı Zahid Oruc Azərbaycan Prezidenti İlham Əliyevin İstanbulda D-8 İqtisadi Əməkdaşlıq Təşkilatının Zirvə görüşünə xüsusi qonaq kimi dəvət olunmasına münasibətində deyib. O, qeyd edib ki, D-8 sammitində Prezident İlham Əliyevlə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın yanaşı əyləşməsi Azərbaycan-Türkiyə münasibətlərinin göstəricisidir:

“Qardaş ölkədə keçirilən D-8 sammitində hər iki liderin sərgilədiyi davranış, yaxın ünsiyyət, media və cəmiyyətlərə sərgilənən bu jestlər sübut edir ki, dövlətlərarası münasibətlərdə hər hansı problemlərdən danışmaq mümkün deyil. Türkiyənin özünün içərisində müxtəlif səngərlərə söykənən qüvvələrin Azərbaycan məsələsində vahid mövqedən çıxış edəcəyini gözləmək sadəlövlükdür. Bu gün Britaniya və Amerika arasındakı münasibətlərdə belə formul yoxdur. Və ya qardaş sayılan Belarus və Rusiya arasında da bütün xətlərin üst-üstə düşməsindən danışmaq qeyri-mümkündür. Hətta Ukrayna ilə Rusiya arasında da müharibənin hansı səviyyəyə çatdığını bizim hər birimiz gördük. Gərək qardaş davası olmayaydı, ancaq biz gördük bu da var. Azərbaycan-Türkiyə arasında hazırkı münasibətlər bəlkə də başqa eyni tarixi bölüşən xalqlardan da daha müqayisəli, üst səviyyədədir. Bunu açıq demək lazımdır. Biz iki qardaş ölkənin hərbi ittifaqı səviyyəsinə gəlib çatmışıq. İndi az qala vahid hərbi birləşmələrdən danışmaq imkanımız var. Yəni birgə təlimlər, görüşlər, həyata keçirilən siyasət artıq özünün mühüm bir fazasına daxil olubdur. Bütün bu fonda Türkiyənin xarici siyasətinin bütün konturları bizim maraqlarımızla üst-üstə düşür”.

Zahid Oruc hesab edir ki, Azərbaycan və Türkiyə xalqları parçalanmaz və bölünməzdir: “Əvvəllər kimlərsə bunu bir pafos kimi hiss edirdisə, zaman göstərdi ki, ötən dövr ərzində bu münasibətlər iqtisadi-mədəni və hərbi bağlarla möhkəmlənib”.

İnterpress.az