Bizi Facebook`da izləyin

20 saniyəyə bağlanır... Bağla


“Qarabağ”la bağlı təhqiredici yazını Elşad Eyvazlı sildirib

Türkiyənin "Sabah” qəzetində köşə yazarı Mövlud Tezelin "Qarabağ” – "Atletiko” oyununda azarkeşlərin hazırladığı plakata yönəlik təhqiredici yazısının silinməsində Azərbaycan Parlament Jurnalistləri Birliyi (PJB) xüsusi rol oynayıb.

Dərc edilib: 21 oktyabr 2017 [14:16]
Baxış sayı: 168

Bu barədə PJB-nin sədri Elşad Eyvazlı məlumat verib. Bildirib ki, "Sabah" qəzetində "Qarabağ" klubu ilə bağlı dərc edilən yazı Türkiyənin özündə də ciddi eritrazla qarşılanıb: "Birinci gün elə "Sabah" qəzetində bununla bağlı yazı dərc ediləcəyinə söz verdilər.

Bundan öncə də dəfələrlə Türkiyənin bu tipli media qurumlarında Azərbaycana qarşı, xüsusilə də Qarabağ mövzusunda yazılar dərc edilib. Açığı, hər dəfə məsələni ictimailəşdirmədən həll etmişik. Sonralar bu işi kimlərsə öz adlarına bağlayıblar. Bunu redaksiyamızda da bilirlər.

Amma mənim üçün önəmli olan bu deyil, olsun. Qəbul etmədiyim məsələ erməni mövqeli yazıların Türkiyə mediasında yer almasıdır.

Son yazı ilə bağlı mənə çatan ilkin məlumatlara rəğmən, bunu deyə bilərəm: Müəllif üzərindən atsa da, ermənidir.

Yaranmış problemin bir daha təkrarlanmaması üçün təklif irəli sürdüm.

Ya 3-4 jurnalist olaraq biz gedib İstanbulda həmin media qurumlarının rəhbərləri ilə görüşməliyik ya da onları Bakıya dəvət etməliyik. Fikrimi Türkiyəyə, həmin media qurumlarının rəhbərlərinə də çatdırdım.

Gələn həftə bununla bağlı qərar verəcəyik.

Belə olmur. Hər dəfə Türkiyədə Qarabağla bağlı hansısa erməniəsilli jurnalist əleyhimizə yazı yazacaq, biz də onu təkzib etdirməklə, yaxud da saytlardan çıxatdırmaqla işimizi tamamlanmış sayacağıq.

Problemi kompleks şəkildə həll etməliyik.

Onun üçün bu təklifi irəli sürdüm və Türkiyədəki dostlar tərəfindən dəstəkləndi.

P.S. Açığı şəxsən mən hansısa xarici ölkədə Azərbaycana qarşı baş verən xoşagəlməz olayların erməni lobbisi tərəfindən törədildiyini qəbul edə bilmirəm.
Birincisi, bununla erməni lobbisinin faktiki gücünü daha da böyüdürük.

İkincisi isə bəzən vəzifəmizin öhdəsindən gələ bilmədikdə erməni lobbisini ortaya atırıq. Bəs bizim Diaspor Komitəsi?

P.P.S. Tanıyanlar yaxşı bilir ki, gedənin arxasınca danışmaq xarakterimə yaddır. Ancaq Azərbaycan diplomatının fəaliyyəti üçün Türkiyədən yaxşı, münbit şəraitli ölkə varmı? Azərbaycanın Türkiyədəki sabiq səfiri Faiq Bağırov neçə illər bizi ancaq məyus etməklə məşğul oldu. Altı il öncə Ankarada Kızıl Ay Meydanında bir həftə müddətində keçirdiyimiz "Ermənistanın Azərbaycanda törətdikləri soyqırımları fotolarda" sərgisinə (Türkiyə Qəzetçilər Federasiyası həmin sərgini 10 böyük şəhərdə keçirdi) o zaman Faiq Bağırov gəlmədi, hətta ağız büzdü.

Sərgiyə Türkiyənin nazirlərinin, deputatlarının qatıldığını eşidən sabiq səfirin halını sizə anlada bilməyəcəm.

Bu onunla bağlı 1 detal idi. Niyə bunu yada saldım. Çünki bizim Türkiyədəki indiki səfirimiz Xəzər İbrahimdən qeyd edilən problemlərin həlli ilə bağlı böyük ümid və gözləntilərimiz var. Əminik ki, Xəzər İbrahim bu sahədə böyük dönüş yaradacaq. Çünki biz jurnalistlər onu Vətənini sevən, çalışqan, jurnalistlərə açıq, Azərbaycanı dünyanın istənilən ölkəsində istədiyimiz kimi təmsil edəcək diplomat, azərbaycanlı kimi tanıyırıq.

P.P.P.S. Bu arada qeyd etdiyimiz məsələlərlə bağlı verdiyi dəstəyə görə dostumuz İlkər Erdoğana böyük-böyük təşəkkürümüzü bildiririk”. ( bakupost.az )

İnterpress.az












Oxşar xəbərlər

Dərmanların qiyməti dolların məzənnəsinə uyğun dəyişəcək


Cəmi səslər: 460