“Bunlar erməni millətçilərinin mövqeyini dəstəkləyən düşmənlərdir”- MÜSAHİBƏ+FOTObackend

“Bunlar erməni millətçilərinin mövqeyini dəstəkləyən düşmənlərdir”- MÜSAHİBƏ+FOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Özbəkistanın ən böyük diaspor təşkilatı olan Respubilka Azərbaycan Milli mədəniyyət mərkəzinin fəaliyyəti nədən ibarətdir ?

Özbəkistanda Azərbaycanlıların ən fəal diaspor təşkilatı olan Respubilka Azərbaycan Milli mədəniyyət mərkəzi 20 ilə yaxındır ki fəaliyyət göstərir. Mərkəz bu illər ərzində çoxsaylı tədbirlər, Elmi konferanslar, sərgilər və yüzlərcə bu kimi layihələr həyata kecirib. Azərbaycan Mədəniyyət Mərkəzi paytaxtla yanaşı Özbəkistanın digər vilayətlərində də fəaliyyət göstərir. Özbəkistanda yaşayan həmvətənlərimiz diaspor quruculugu ilə bərabər Özbəkistan iqtisadiyyatının inkişafındada yaxından iştirak edirlər. Özbəkistanda yaşayan həmvətənlərimizin əllidən çox üzvü Özbəkistanın və Azərbaycanın dövlət mükafatları ilə təltif olunublar. Bu uğur Özbəkistanda yaşayan azərbaycanlıların olduğu kimi dünya azərbaycanlılarının bir uğurudur.

Rərbərlik etdiyiniz təşkilat və sizin hakqınızda son vaxlar böhtan dolu məlumatlar yayılmasına səbəb nədir ?

Özbəkistan azərbaycanlıları olaraq bildiririk ki dünyada heç bir vəziyyət bizim mənəviyyatımıza ləkə sala bilməz.
Buna baxmayaraq, bizim işimizə ləkə vurmaq, qara yaxmaq istəyən antimilli qüvvələr var. Hətta hər bir müsəlman üçün müqəddəs olan qəbrəstanlığı belə öz çirkin əməllərinə nail olmaq üçün işə salırlar.
Daşkənd şəhərində yerləşən qəbrəstanlığın birində dünyasını dəyişən azərbaycanlıların dəfn olunarkən cənazələrin islam qayda qanununa uygun hazırlanması üçün istifadə olunan otağı təmir olunmadığı üçün yararsız hala düşmüşdü. 2014-cü ildə bir neçə həmvətənimiz bizə müraciət edərək xahis etdilər ki, həmin yeri söküb yenidən quraq. Təbii ki bizdə diaspor üzvlərinin bu xahisini diqqətsiz qoymamaq və allah yolunda xeyirxah iş görmək üçün dinimizin adət-ənənəsinə diqqət etmək məqsədi ilə həmin yerdə yeni bir bina tikmək qərarına gəldik.

Bu işlərdə sizə yerli hakimiyyət və diaspor nümayəndələrimiz dəstək verdimi ?

İlk öncə yerli hakimiyyətə və qəbrəstanlığın rəhbərliyinə və digər əlaqədar təşkilatlara rəsmi müraciət edərək icazə aldıq və tikintiyə başladıq. Bütün görülən işlər diaspor üzvlərinin maddi dəstəyi ilə həyata keçirildi. Bu işlərin sırasında yeni elektrik xəti, su kəməri, su istiləndirici avadanlıq və diqər komunal xətlər istifadəyə verilmişdir. Bununla bərabər bir vaxtda yuzlərlə adam sayının müvafiq mərasimdə onların sərbəst olmaqları üçün oturacaqlar nəzərdə tutulmuşdu. Bu tikintidə yüzlərlə azərbaycanlının köməyi oldu. Eyni zamanda şəxsən mən, təşkilat rəhbəri olduğumdan əlavə, lazımı köməyin böyük bir hissəsini özüm etdim. Gələcəkdə də xeyriyəçilik işlərimizi dəvam edəcəyik.
Bu günə qədər diaspor təşkilatına diaspor üzvlərimiz minnətdarlığını bildirirlər.

Həmin yer istifadəyə verilibmi ?

Artıq bir ilə yaxındır ki adı gedən bina, ehtiyac olanda diaspor üzvləri tərəfindən istifadə olunur. Buna baxmayaraq bir necə xəbər saytı bu bina haqqında həqiqətə uygun olmayan məlumatlar paylaşır. “diaspor üzvlərinin ümumi mülkiyyəti hesab olunan hansısa sosial obyekti təşkilat rəhbəri başqa məqsədlər üçün istifadə edir” və ya “Özbəkistanda döyüldüyü iddia edilən diaspor sədri ölü yuyulan yeri öz adına keçirib” məqaləsi bizlərə qarşı düşmən mövqeyi sərgiləyən şəxslərin həmin saytlara göndərdiyi şər və böhtan dolu məlumatdır. Bu yanlış məlumatı yayan şəxslər mənə və özbəkistanda yaşayan diaspor üzvlərinin nüfuzuna ləkə vurmaq məqsədi güdürlər. Bunlar üçün Azərbaycançılıq hissiyyatı öz millətinin, xalqının dini adət-ənənələrini qoruyub saxlamaq ənənəsi tamamilə özgə bir duyğudur. Bunlar xalqımıza qarşı erməni millətçilərinin mövqeylərini dəstəkləyən və onların təsuratlarından zövq alan düşmənlərdir.

Həmin şəxslərin məqsədi nədir ?

Mən bəzi jurnalistlərin nə məqsədlə diaspor rəhbərlərinə qarayaxmaqla məşqul olduğunu bilmirəm, ancaq görünür ki maddi mükafat xatirinə bu böhtanlar diaspor üzvlərinin hörmətini, diaspor təşkilatının nüfuzu və təşkilat rəhbərini gözdən salmaq məqsədi daşıyır.

Son olaraq nə demək istərdiniz ?

Məsələ ilə bağlı həqiqət necə olduğunu saytlar öz oxucularIna çatdırmaq istəyirsə, buyursunlar göstərsinlər və dərc etsinlər.

"Bunlar erməni millətçilərinin mövqeyini dəstəkləyən düşmənlərdir"- MÜSAHİBƏ+FOTO

Adı çəkilən ərazinin təmirdən əvvəl və sonra olan şəkilləri:

İnterpress.az