Kataloniyada muxtariyyətin ləğvinə qarşı aksiyalar keçirilir – FOTObackend

Kataloniyada muxtariyyətin ləğvinə qarşı aksiyalar keçirilir – FOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az-ın məlumatına görə, Kataloniya prezidenti Karles Puiqdemontun da iştirak etdiyi aksiyalarda \”Müstəqillik\”, \”Demokratiya\”, \”Azadlıq\” şüarları səsləndirilib. Müstəqillik məsələsini ilk olaraq gündəmə gətirən Kataloniya Demokratik Partiyasının sədri Artur Mas ispan hökümətinin qərarını qeyri-qanuni və əxlaqsız adlandırıb.

Kataloniya parlamentinin sözçüsü Karme Forkadell məsələ ilə bağlı açıqlama verərək Kataloniya barədə qərarın çevriliş və demokratiyaya qarşı hücum olduğunu deyib.

Qeyd edək ki, İspaniya prezidenti Mariana Raxoyun dünən qəbul etdiyi qərara əsasən konstitusiyanın 155-ci maddəsi qüvvəyə minəcək və Kataloniyanın müstəqilliyi ləğv ediləcək. Qərarın 27 oktyabrda Senat tərəfindən qəbulu gözlənilir. Növbəti 6 ay ərzində isə bölgədə seçkilər keçiriləcək.

Oktyabrın 1-də keçirilən müstəqillik referendumundan sonra Kataloniya və İspaniya höküməti arasında münasibətlər kəskinləşmişdi. Kataloniya höküməti müstəqilliyin elan edilib-edilməməsi barədə hökümətə konkret cavab vermədiyi üçün muxtariyyətin ləğvi barədə qərar qəbul edilib.

Kataloniyada muxtariyyətin ləğvinə qarşı aksiyalar keçirilir - FOTO

Kataloniyada muxtariyyətin ləğvinə qarşı aksiyalar keçirilir - FOTO

Kataloniyada muxtariyyətin ləğvinə qarşı aksiyalar keçirilir - FOTO

Kataloniyada muxtariyyətin ləğvinə qarşı aksiyalar keçirilir - FOTO

İnterpress.az