Azərbaycanlı jurnalist Myanmarda təhlükəli anlar yaşadı… – FOTObackend

Azərbaycanlı jurnalist Myanmarda təhlükəli anlar yaşadı… – FOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az-ın məlumatına görə bir müddət öncə adları çəkilən media nümayəndələrinin Arakan müsəlmanlarının soyqıırımıyla bağlı gerçəkləri araşdırmaq üçün regiona yola düşdükləri haqda yazmışdıq(bax:http://www.moderator.az/news/193438.html). Böyük çətinliklə Banqladeş ərazisindən Myanmara keçə bilən O.Camal və R. Tavdiryakov ötən həftənin sonunda Myanmarın dövlət müşaviri Ayn San Su Çjuinin iqamətgahında olublar. Onlar məmurlardan amansız repressiyalar ucbatından yüz minlərlə müsəlmanın qaçmağa məcbur olduğu Arakan ştatındakı vəziyyət haqda rəsmi məlumat almağa çalşıblar. Lakin Myanmar rəsmiləri guya bu haqda heç bir şey bilmədiklərini söyləyərək jurnalistlərə məlumat vermək əvəzinə onları ciddi sorğu-sual etməyə başlayıblar. Hətta Orxan Camalla dostunun gəldikləri taksini dindiriblər və qaldıqları mehmanxanaya zəng ediblər. İqamətgahda jurnalistləri daim avtomatlı əsgərlər müşayiət edib.

O.Camal və R.Tavdiryakov Myanmarın paytaxtı Neypidonun küçələrini gəzərkən də təhlükə ilə üzləşiblər. Gözlənilmədən yerli sakinlər onları mühasirəyə alaraq sorğu-sual etməyə, hədələməyə başlayıblar. 5 dəqiqədən sonra onlara uniformada bir neçə şəxs və polislər yaxınlaşıb. Media adamlarının Myanmara nə məqsədlə gəldiklərini öyrəndikdən sonra polislər etiraf ediblər ki, onlardan şübhələnmələrinə səbəb köynəklərinin üzərindəki aypara rəsmi olub. Buna görə jurnalistləri “İslam ekstremisti” hesab ediblər…
Myanmara gəlməzdən öncə Banqladeşdə Arakanlı qaçqınların düşərgəsində olan müsəlman jurnalistlər onlarla başlarına gətirilən dəhşətlər haqda ətraflı söhbət ediblər. Hətta Orxan Camal arakanlı dindaşları arasında öz hesabına aldığı 500 kq düyünü də paylaya bilib…
Bur daha xatırladaq ki, Orxan Camal Şuşa əsilli tanınmış müsəlman ictimai-siyasi xadimi, filosof mərhum Heydər Camalın oğludur.

Azərbaycanlı jurnalist Myanmarda təhlükəli anlar yaşadı… - FOTO

Azərbaycanlı jurnalist Myanmarda təhlükəli anlar yaşadı… - FOTO

Azərbaycanlı jurnalist Myanmarda təhlükəli anlar yaşadı… - FOTO

İnterpress.az