Mehriban Xanlarovaya cavab: “Mənə çörək yox, müsahibə vermək istəmisiniz”backend

Mehriban Xanlarovaya cavab: “Mənə çörək yox, müsahibə vermək istəmisiniz”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Proqram ilk gündən öz tamaşaçı kütləsini toplayıb və 18 gün davam etməsinə baxmayaraq hər gün ilk gün olduğu kimi maraqla izlənir. Layihə izlənməklə bərabər sosial şəbəkədə də geniş müzakirə olunur. İnsanlar sevgi və iradlarını bildirirlər. Media da layihəyə biganə deyil. Hər günü mübahisəli və qalmaqallarla baş tutan yarışmada yaşananlar mətbuatda da öz əksini tapır.

Ötən günlərin birində isə müsabiqə çərçivəsində “Media günü” təşkil olundu. Yarışmacılarla media nümayəndələri bir araya gəlib söhbətləşəcəkdilər, amma alınmadı. Çünki iştirakçıların aqressiyası və hörmətsizliyi buna imkan vermədi.

İştirakçı Vüsalə Əlizadəyə “Vüsalə Əlizadəni tamaşaçılar hər zaman xanım-xatun görüb. İstəməzdik ki, oyunda özündən çıxıb Vüsalə Əlizadəliyini itirsin” sözləri əməkdar artist Mehriban Xanlarovanı özündən çıxardıb. Xanlarova “Biz meşədən çıxmışıq? Sizi başa düşmədim. Burada 5 gün qalanda səsi çıxmayan insanın da səsi çıxır. Heç kim ayı deyil, hər kəsin öz tərbiyəsi var”-, deyə cavab verib.

Oyundan getmək istədiyini deyən aktrisa “İstər jurnalist olun, istər zurnalist. Sizə mən çörək verirəm” deyərək media nümayəndələrinə hörmətsizlik edib.

Özünə aid olmayan sözə qarışan aktrisanın məqsədi qalmaqal yaratmaq olduğu açıq görünürdü.

Başqa çarəsi də yoxdur. İstedadlı aktrisa olsa da, bu şouya qədər adı ancaq qalmaqallarda hallanıb.

Hə, bu arada Mehriban Xanlarovaya xatırladım ki, ATV-də Vüqar Qaradağlı tərəfindən “zapret”ə qoyulanda ilk üz tutduğunuz media idi. Müxtəlif media orqanlarına müraciət edib dəfələrlə açıqlamalar verirdiniz. Hətta zəng etdirib müsahibə vermək istədiyiniz jurnalistlərdən biri də mən olmuşam. Yəni ki, \”Sizə mən çörək verirəm\” deyəndə yaxşı fikirləşin. Siz mənə müsahibə vermək istəmisiniz. Sizin mənə, bizə, mediaya ehtiyacınız var və olacaq da.

Başqa bir xanımın xanımlığına gözəl söz deyilməsi sizi niyə qıcıqlandırır? Dəfələrlə qalmaqallarla efirə gələn birinə mən necə o adı verə bilərəm? Deyirsiniz ki, yarış gərgin keçir, özünüzdən çıxırsınız.

Bu sizin ilk qalmaqalınız deyil.

İllərdir ki, Kərim Abbasovla sizin davanıza hamı şahidlik edir. Müğənni Səidə Sultanla da dava-dalaş etmişdiniz. Xalq artisti Flora Kərimovanın klip təqdimatında da səsini qaldırıb, pafoslu çıxış edən siz idiniz.

“Günə baxan” verilişində müğənni Xatirə İslam ilə mübahisə edən də siz idiniz. Siyahını daha da uzada bilərəm.

Sonda qısaca bir şey deyim ki, çalışın, kimsə adınızı hallandıranda ətrafdakılar, \”Hansı Mehriban, o filankəslə dalaşan? Şouda hərəyə bir söz atan qadın?\” deməsinlər. Axı siz əməkdar artistsiniz, xanım. (musavat)

İnterpress.az