Lənkəranda ağır qəza – qadın və azyaşlı xəsarət alıbbackend

Lənkəranda ağır qəza – qadın və azyaşlı xəsarət alıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az Apa-ya istinadən xəbər verir ki, hadisə Lənkəranın Zövlə kəndi ərazisində qeydə alınıb.

Kənd sakinləri – 1992-ci il təvəllüdlü Mirsəlam Əziz oğlu Abbaszadənin idarə etdiyi “Mercedes” markalı 99 GA 562 markalı avtomobillə 1966-cı il təvəllüdlü Seymur Əsədovun idarə etdiyi “Opel” markalı 42 BV 381 dövlət nömrə nişanlı avtomobil toqquşub. Güclü zərbə nəticəsində “Opel” elektrik dirəyinə çırpılıb və dirək aşıb. Nəticədə “Opel”-də olan iki nəfər xəsarət alıb və Lənkəran rayon mərkəzi xəstəxanasına çatdırılıb. Xəsarət alanların qadın və azyaşlı olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.

İnterpress.az