Azyaşlı uşaq soyuqda yarıçılpaq halda diləndirilirbackend

Azyaşlı uşaq soyuqda yarıçılpaq halda diləndirilir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bakı Metropoliteninin \”Əhmədli\” stansiyası yaxınlığında 09-10 yaşlarında olan oğlan uşağı soyuq havada asfalt üzərində yarıçılpaq halda dilənməyə məhkum edilib.

Bu barədə tanınmış hüquqşünas Sevda Məhərrəmova \”facebook\” səhifəsində məlumat verib. O qeyd edib ki, uşaq burada özü könüllü olaraq diləndiyini desə də, az keçməmiş naməlum bir kişi uşağa yaxınlaşaraq onu ərazidən uzaqlaşdırıb.

Hüquqşünas faktla bağlı Daxili İşlər Nazirliyinin “102” xidməti-zəng mərkəzinə xəbər verib. Lakin polis əməkdaşları dilənən uşağı tapa bilməyiblər.

İnterpress.az