Döş xərçəngi hüceyrələrinin inkişafını dayandırır – Zoğalbackend

Döş xərçəngi hüceyrələrinin inkişafını dayandırır – Zoğal

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az-ın məlumatına görə, zoğal immunitet sistemini sürətlə gücləndirir. İnfarkt riskini azaldır. Xərçəngin sürətlə irəliləməsinə mane olur. Zoğal meyvəsi güclü bir melatonin qaynağıdır. Melatonin gecə ifraz olunur və bunun sayəsində yuxu yatarıq. Lakin melatonin kifayət qədər ifraz olunmadıqda xərçəng hüceyrələri meydana gəlir. Yuxu probleminiz varsa yatmadan əvvəl mütləq 1 stəkan zoğal suyu için. Melatonin sürətlə ifraz olunduqca yuxunuz gələcək. Gündə 1 ovuc zoğal yemək, döş xərçəngi hüceyrələrinin inkişafını dayandırır. Edilən araşdırmalarda zoğalda brokolidən 5 qat daha çox antioksidant tapılmışdır. Antioksidantlar hüceyrə quruluşumuzu qoruyur. Damarların tıxanmasını önləyərək, ürək xəstəlikləri və iflic kimi hallardan qoruyur. Zoğal, sidik yolu infeksiyalarında məsləhət görülür. Sidik içindəki, turşu miqdarını artıraraq böyrək daşı meydana gəlməsinə mane olur. Təbii antibiotik olan zoğal mədə xorası kimi xəstəliklərə xeyirlidir. Zoğal temperaturu salır və ishalı dayandırır. Depressiya və ruhi xəstəliklərdə köməkçi qidadır. Xüsusilə şəkər xəstələrinə məsləhət görülür.

Döş xərçəngi hüceyrələrinin inkişafını dayandırır - Zoğal

İnterpress.az