BAXCP qurultaya hazırlaşır – Təşkilat Komitəsi yaradılıbbackend

BAXCP qurultaya hazırlaşır – Təşkilat Komitəsi yaradılıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az partiyadan daxil olan məlumata əsasən xəbər verir ki, Azərbaycan dövlət himninin oxunmasından sonra iclası açan Ali Məclisin sədri Vaqif Abışov gündəlikdə duran məsələlərlə bağlı iştirakçılara məlumat verib və qeyd edib ki, Ali Məclisin iclasın gündəliyinə BAXCP-nin 2018-ci ilin mayında keçirilməsi nəzərdə tutulan qurultayına hazırlıq işlərinin müzakirəsi, partiyanın IV Qurultayına Hazırlıq üzrə Təşkilat Komitəsi üzvlərinin seçilməsi və BAXCP sədri, millət vəkili Qüdrət Həsənquliyevin ölkədəki ictimai-siyasi vəziyyətlə bağlı çıxışı və cari məsələlər tövsiyyə olunub.

Qurultaya hazırlıqla bağlı BAXCP-nin baş katibi Yaşar Kələntərli məlumat verib. Yaşar Kələntərlinin çıxışından sonra BAXCP İdarə Heyətinin partiyanın IV Qurultayına Hazırlıq üzrə Təşkilat Komitəsi üzvlüyünə təklif etdiyi namizədlərin müzakirəsinə başlanılıb. Səsvermə nəticəsində BAXCP sədrinin, İdarə Heyəti, Mərkəzi Nəzarət Komissiyası və rayon (şəhər) təşkilatlarının sədrlərinin daxil olduğu 25 nəfərdən ibarət Təşkilat Komitəsi seçilib.

Daha sonra BAXCP sədri, millət vəkili Qüdrət Həsənquliyev çıxış edib.

İnterpress.az