Kriminal avtoritetlər qaçıb, yoxsa qaçırılıblar?backend

Kriminal avtoritetlər qaçıb, yoxsa qaçırılıblar?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xəbər verir ki, polkovnik Mehman Sadıqov musavat.com-a açıqlamasında bildirib ki, səsləndirilən fikirlər sadəcə olaraq fərziyyə və iddiadır.

\”Hazırda bu işlə bağlı istintaq gedir. Suallara da istintaq cavab verəcək. Qeyd edilən hallara da hüquqi qiymət veriləcək”, – deyə polkovnik M.Sadıqov qeyd edib.

Məlumat üçün bildirək ki, oktyabrın 23-də Bakı-Astara-Bakı planlı dəmir yolu qarovulu ilə xüsusi təyinatlı vaqonda Bakı şəhərinə müşayiət olunan 1980-ci il təvəllüdlü, əvvəllər məhkum edilmiş Etibar Məmmədov və 1989-cu il təvəllüdlü, əvvəllər məhkum olunmamış Əli Ağami müşayiət altından qaçıblar.

Mətbuatda və sosial şəbəkələrdə məhkumların necə qaçması ilə bağlı fərqli fikirlər səsləndirilir. İddia edilir ki, həmin məhkumların kənardan dəstək olmadan qaçması mümkün deyil. Hər iki şəxsin qaçırılması ilə bağlı da iddialar var.

Müsavat Partiyası başqanının həbs həyatı yaşamış müavini Yadigar Sadıqov da bu barədə fikirlərini sosial şəbəkədə yazıb.

Dustaq olduğu müddətdə bir neçə dəfə qatarla aparıldığını qeyd edən Y.Sadıqov kriminal avtoritetlərin qaçışında kənardan köməyin olması ehtimalını istisna etməyib.

\”2 nəfər dustaq qatarından qaçıb. Dustaq qatarı ilə 8 dəfə Lənkərana, 5 dəfə Şirvana getmişəm. Kənardan kömək olmadan oradan qaçmaq mümkün deyil. Azərbaycan da kiçik ölkədir, qatara gecə minib, səhər düşürsən. Rusiya deyil ki, günlərlə yol gedəsən, yavaş-yavaş döşəməni mişarlayasan. Döşəmə də indi taxta deyil”, – deyə Y.Sadıqov yazıb.

İnterpress.az