Hafiz Hacıyev: Ya mən prezident olacam, ya da qardaşımbackend

Hafiz Hacıyev: Ya mən prezident olacam, ya da qardaşım

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bu sözləri Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev 2018-ci ildə keçirilən prezident seçkilərində namizədliyini irəli sürəcəyi haqda danışarkən deyib.

Hafiz Hacıyev namizədliyini irəli sürəcək digər şəxslərin ona və İlham Əliyevə heç zaman rəqib olmayacağını bildirib:

“Namizədliyimi qurultay təsdiq etdikdən sonra irəli sürəcəyəm. Rəsul Quliyev, Hüseyn Abdullayev və İsa Qəmbər kimi namizədliyini irəli sürəcək insanlar bizim üçün çox zəif və yaramaz rəqiblərdir. Çox istərdim ki, rəqiblərimiz güclü olsun. Buna baxmarayaq, biz yenə də iştirak edəcəyik. Nə Rəsulun, nə də ki digər namizədin Azərbaycana qayıdışı gözlənilmir. İsa Qəmbərə qaldıqda isə, köhnə adamdır, agentdir. Kimlərsə ortaya salacaq və bizə rəqib kimi təqdim edəcək. Buna görə də bunları özümə güclü rəqib kimi görmürəm.

İki qardaşıq. Yəqin ki, ikimizdən birimiz yenidən prezident seçilib, millətin xoşbəxt gələcəyi üçün əlimizdən gələni əsirgəməyəcəyik. Adları qeyd olunmuş şəxslər isə yaramaz, rüşvətxor və vaxtilə Azərbaycandan qovulmuş şəxslərdir. İsa da, rəhmətlik Elçibəy demişkən, mən dünyada hər şeyi gördüm, amma İsa kimi dünyada ikinci satqın görmədim. Buna görə də bu insanlar bizə bəlli simalardır. İndidən onlar mənə qarşı yalançı təbliğatlar aparmağa başlayıb. Bütün bunlara baxmayaraq, bizi yolumuzdan heç bir qüvvə döndərə bilməz”.

Qeyd edək ki, H.Hacıyev 2003-cü il və 2008-ci illərdə keçirilən Azərbaycan Respublikası Prezidenti seçkilərində də iştirak edib. Birinci seçkidə 8 namizəd arasında 9.990 səs, ikincidə isə 7 namizəd arasında 23.771 səs toplamaqla sonuncu yeri tutub. (a.24.az)

Interpress.az