Bakının mərkəzində yeniyetmələrə narkotik satılır-VİDEObackend

Bakının mərkəzində yeniyetmələrə narkotik satılır-VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

interpress.az xəbər verir ki, Nəsimi rayonu, Asif Məhərrəmov küçəsi, 11A ünvanda yerləşən aptekdə satışı qadağan olunmuş, uyuşdurucu tərkibli “Tramadol” adlı dərman satılır. Bu fakt narkotik tərkibli dərmanlardan istifadə edən gənclərdən birinin anasının aptekdə çəkdiyi video görüntülərdən sonra bəlli olub. Görüntülərdən məlum olur ki, 14-15 yaşlı uşaqlar aptekdən bu dərmanları alır, biri elə aptekin qarşısında dərmanı qəbul edir.
Qeyd edək ki, aptekin yaxınlığında 3 orta məktəb var.

“Tramadol” psixotrop dərmandır. Dərmanın əlavə təsirindən biri də asılılıq yaratmasıdır. Preparat eyforiya yaradır, onu qəbul edən şəxs reallığı görə bilmir, şüur pozğunluğuna səbəb olur. “Tramadol” həbi narkotiklə birgə qəbul olunanda narkotikin təsirini uzadır. Bundan əlavə, uyuşdurucu təsiri göstərir. Bu həblər “şəxsiyyətin deqradasiyası”na gətirib çıxarır. Buna görə də, belə dərmanlar olduqca təhlükəli hesab edilir. “Tramadol”u yalnız 14 yaşından yuxarı xəstələr qəbul edə bilər. Bu dərmanın reseptsiz satışı Səhiyyə Nazirliyi tərəfindən qadağan edilib.

İnterpress.azhttps://youtube.com/watch?v=6jjCk8dbtDw