Rus hərbçisi əsgər yoldaşını güllələdi və intihar etdibackend

Rus hərbçisi əsgər yoldaşını güllələdi və intihar etdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xəbər verir ki, hadisə oktyabrın 23-də Ermənistanın Alaqyaz poliqonunda baş verib. Rusiya Cənub Hərbi Dairəsinin mətbuat xidmətinin yaydığı məlumata görə, hadisə ehtiyatsızlıqdan baş verib.

Bildirilib ki, rus hərbçi hadisədən sonra özünü də öldürüb.
Müddətdən artıq xidmət edən əsgər təlimdən qayıtdıqdan sonra silahı təhvil verən zaman təhlükəsizlik qaydalarını pozub. Nəticədə avtomatdan atəş açılıb. Bu zaman digər əsgər ağır yaralanıb. Onun hadisə yerində öldüyü bildirilib. Baş verənlərdən şoka düşən rus hərbçi özünü vurub.

Faktla bağlı Rusiya Cənub Hərbi Dairəsində cinayət işi başlanıb, araşdırma aparılır.

İnterpress.az