BMT-dən Kim Çen İn-ə sərt qadağabackend

BMT-dən Kim Çen İn-ə sərt qadağa

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xarici mətbuata istinadən xəbər verir ki, Birləşmiş Millətlər Təşkilatı nüvə proqramı və raket sınaqları səbəbilə sanksiya tətbiq etdiyi Şimali Koreyaya 32 məhsulunun satışını qadağan edib. Şimali Koreyaya qarşı sanksiyalara nəzarət edən BMT Komitəsi bu ölkəyə satışı və transferinin qadağan olduğu malların yer aldığı siyahıya 32 məhsul daha əlavə edib. “Qadağan olunmuşlar” siyahısında radioaktiv materialların daşınması üçün istidə edilən vakum otaqlar, soyutma sistemləri, güclü parıltılı rentgen maşınları, seysmik qəbul etmə cihazları, hissəciklərin sürətləndiriciləri və bu kimi digər məhsullar yer alır. Qeyd edək ki, nüvə proqramı səbəbilə BMT 2006-cı ildən bəri KXDR-ə qarşı iqtisadi və hərbi sanksiyalar ehtiva edən 9 qətnamə qəbul edib.

İnterpress.az