Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yarış keçirəcəkbackend

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yarış keçirəcək

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xəbər verir ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən “2017-ci ildə əlilliyi olan şəxslərin və sağlamlıq imkanları məhdud uşaqların sosial müdafiəsi və reabilitasiyası Proqramı”na əsasən, bu ay Gənclər və İdman Nazirliyi ilə əməkdaşlıq şəraitində Əlilliyi olan şəxslərin stolüstü idman oyunları üzrə V Ümumrespublika yarışlarına başlanacaq.
Yarışların keçirilməsində məqsəd əlilliyi olan şəxslərin və sağlamlıq imkanları məhdud uşaqların idmana, o cümlədən stolüstü idman oyunlarına maraqlarının dolğun şəkildə təmin olunması, bu sahədə bacarıqlarının üzə çıxarılması və dəstəklənməsi, onlar arasında idmanın və sağlam həyat tərzinin təbliği, cəmiyyətə fəal inteqrasiya imkanlarının artırılmasıdır.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin müvafiq əmri ilə yarışların təşkili üzrə Təşkilat Komitəsinin və Hakimlər Heyətinin tərkibi təsdiq olunub. Yarışların idmanın nərd, dama, şahmat, stolüstü tennis, qol güləşi (armrestlinq) növləri üzrə və iki mərhələdə – zona və final turnirlərindən ibarət olmaqla təşkil edilməsi müəyyən edilib. İlk zona türnirinin oktyabrın 27-də Xaçmaz rayonunda təşkil olunması nəzərdə tutulub. Zona turnirlərində fərqlənənlər IV Ümumrespublika yarışlarının final mərhələsində iştirak hüququ qazanacaq və 3 Dekabr-Beynəlxalq Əlillər günü ərəfəsində yarışların qaliblərinə mükafatlar təqdim olunacaq. Yarışlarda respublikanın ayrı-ayrı bölgələrində yaşayan və yarışlarda iştirak etmək arzusunda olan ümumilikdə 800 nəfərə yaxın əlilliyi olan şəxs və sağlamlıq imkanları məhdud uşaq iştirak edəcək.
Xatırladaq ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən əlilliyi olan şəxslərin stolüstü idman oyunları üzrə Ümumrespublika yarışları hər üç ildən bir təşkil olunur.

İnterpress.az