Venesuela yenidən defolt ola bilərbackend

Venesuela yenidən defolt ola bilər

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xəbər verir ki, bu ölkənin dövlət neft şirkəti \”PVDSA\” oktyabrın 27-də 985 mln. ABŞ dolları, noyabrın 2-də isə 1,2 mlrd. dollar borc qaytarmalıdır.

Bu isə qızıl-valyuta ehtiyatları son 15 ildə ilk dəfə 10 mlrd. dollardan aşağı düşən Venesuela üçün böyük məbləğdir.

Hazırda Venesuelanın xarici kreditorlara borcu 140 mlrd. dollara yaxındır. Ölkənin qızıl-valyuta ehtiyatları isə ancaq təcili borcları ödəməyə çatır. Aparılan sorğular \”PVDSA\”nın defolt olma ehtimalını yaxın 1 il üçün 75%, yaxın 5 il üçün isə 99% göstərir.

Qeyd edək ki, Venesualenin Mərkəzi Bankı dolların məzənnəsini 10 bolivara bərabər müəyyən etdə də, \”qara bazar\”da qiymət 40 min bolivardan çoxdur. (report)

İnterpress.az