Ailənin tək oğluna hərbi xidmətdə güzəşt mümkündürmü?backend

Ailənin tək oğluna hərbi xidmətdə güzəşt mümkündürmü?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Oktyabrın 22-də Silahlı Qüvvələrimizin hərbi qulluqçusu Cabbar Zeynalovun ön cəbhədə şəhid olması bir oğula sahib olan ailələrə hərbi çağırış məsələsində güzəşt olunmasını yenidən gündəmə gətirib.18 yaşlı şəhid əsgərimiz iki bacının bir qardaşı olub və ölkəmizdə bu tərkibli ailələrin sayı kifayət qədər çoxdur. Reallıq bundan ibarətdir ki, bir oğula sahib olan ailələr onu itirdikdə nəslin davamçısını itirmiş olurlar. Bəs görəsən müharibə şəraitində yaşayan bir ölkə üçün bu cür ailələrə imtiyazların tətbiqi məqbuldurmu?

Millət vəkili Zahid Oruc AzNews.az-a açıqlamasında bildirdi ki, ilk növbədə ailə planlaşdırılması məsələsi ölkəmizdə belə bir mənzərəni meydana çıxarıb ki, bir oğula sahib olan ailələrin sayı on minlərlədir. Hətta bir qız uşağı olan və olmayanlardan ibarət ailələrin sayını toplasaq, ümumi çağırışçıların içərisində onların xüsusi yeri olduğunu görəcəyik. Məsələnin digər tərəfindən baxanda isə sanki hüquq sistemi vətəndaşlar arasında qeyri-bərabərlik yaratmış olar:

Ailənin tək oğluna hərbi xidmətdə güzəşt mümkündürmü?

\”Hazırda ailədə yalnız bir övlada – oğlan övladına sahib olanlar üçün hərbi xidmətin dislokasiyası üzrə ön cəbhədə deyil, nisbətən ikinci və üçüncü zolaqda hərbi xidmət keçməsi reaalaşmaqdadır. Amma bu normanı ailənin yeganə oğul övladlarına tətbiq etmək məsələsinə gəldikdə isə hesab edirəm ki, bunların hamısı çox ciddi təhlil olunmalıdır. Reallıq budur ki, Azərbaycanda ailələrdə tək oğlan övladı böyüdən ailələrin sayı on minlərlədir. Əgər həmin prinsip seçilsə, sanki qeyri-hüquqi bir vəziyyət yaranır. Onda belə alınacaq ki, Vətənin müdafiəsi yalnız çoxuşaqlı oğlan uşaqları olan ailələrin çiynində daşınmalıdır. Bu mənəvi psixoloji, həm də hüquqi cəhətdən də doğru yanaşma olmaz\”.

Millət vəkili bildirir ki, demoqrafik ölüm yaşayan Ermənistanda bu mövzuda vəziyyət acınacaqlıdır. Məhz buna görə də erməni əsgər anaları böyük hərəkatla Müdafiə Nazirliyinin üstünə yeriyirlər ki, tək oğlan övladlarını əsgərliyə aparmasınlar:

\”Hətta ailələr 20 min dollar verməyə də razıdırlar ki, oğullarını əsgər aparmasınlar. Buna görə də Ermənistan Müdafiə Nazirliyi ordu sıralarını pul müqabilində muzdlu ,hətta keçmiş döyüşşçülərin sayı ilə tənzimləməyə məcbur olub\”.

İnterpress.az