Dəhşətli avtobus qəzası – Malayziyadabackend

Dəhşətli avtobus qəzası – Malayziyada

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xəbər verir ki, yüksək sürətli şosse yolunda iki avtobus toqquşub. Qəza nəticəsində ən azı 8 nəfər həlak olub, 33 nəfər xəsarət alıb.

İnsident ölkənin cənubi-qərbindəki Pinanq ştatında baş verib. Sərnişin avtobusu mühərriki xarab olduğu üçün yol kənarında dayanan avtobusa çırpılıb. İkinci avtobus İndoneziya və Nepaldan olan işçiləri daşıyırmış.
Polisin məlumatına görə hərəkətdə olan avtobusun sürücüsü maneəni vaxtında görə bilməyib və nəqliyyat vasitəsini saxlaya bilməyib.

Xəsarət alanlardan 23 nəfərin vəziyyəti ağırdır. Qeyd edilir ki, sərnişin avtobusunda 15 nəfər olub.

İnterpress.az