Təhsil Nazirliyinin işçisi həbs edildi – 1 yaşlı körpəsini də özüylə həbsxanaya apardıbackend

Təhsil Nazirliyinin işçisi həbs edildi – 1 yaşlı körpəsini də özüylə həbsxanaya apardı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az-ın APA-ya istinadən xəbərinə görə, hakim Mirzə Xankişiyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Hökmə əsasən, S. Mansurova 8 il müddətinə azadlıqdan məhrum edilib.

A. Bağırova isə 8 il 6 ay müddətinə azadlıqdan məhrum edilib və onun barəsindəki ev dustaqlığı həbslə əvəz olunub. O, məhkəmə zalında həbs olunub. O, 1 yaşlı övladını da özü ilə həbsxanaya aparıb.

İttihama görə, hər iki şəxs əlbir olaraq iş düzəltmək adı ilə vətəndaşlara qarşı ümumilkdə 60 min manatdan çox dələduzluq ediblər. Onlar zərərçəkmişlərin şikayəti əsasında saxlanılıb. Samirə Mansurova barəsində həbs-qətimkan, Aytəkin Bağırova barəsində isə polis nəzarətində qalma qətimkan tədbiri seçilib.

İnterpress.az