2 nəfərin ölümündə ittiham edilən “Range Rover”in sürücüsü bəraət aldıbackend

2 nəfərin ölümündə ittiham edilən “Range Rover”in sürücüsü bəraət aldı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az Musavat.com-a istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Fikrət Qəribovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Əvvəlcə vəkillər müdafiə çıxışı ediblər. Onlar təqsirləndirilən şəxslərin hadisədə günahı olmadığından barələrində bəraət hökmünün çıxarılması istəyiblər.

Məhkəmə müşavirəyə gedib. Müşavirədən sonra elan edilən hökmlə Qərib Eyvazlı 8 il müddətinə azadlıqdan məhrum edilib.

Hökmə əsasən Əli Abdullayev barəsində ittiham öz təsdiqini tapmadığından ona bəraət verilib.

Qeyd edək ki, sözügedən yol nəqliyyat hadisədi ötən il Binəqədi rayonunda baş verib. Bakı şəhər sakini Əli Abdullayevin idarə etdiyi “Range Rover” markalı avtomobil “VAZ-21015” markalı maşınla toqquşub.

Nəticədə “VAZ-21015” markalı avtomobilin sürücüsü Ramiz Muradov və sərnişini Elgün Məmmədov aldıqları xəsarətdən ölüblər.

Həmin avtomobildə olan digər şəxs Qərib Eyvazlı isə xəstəxanaya yerləşdirilib. Daha sonra ittiham tərəfi qənaetə gəlib ki, \”VAZ-21015\” markalı avtomobili məhz Qərib Eyvazlı idarə edib.

Hər iki şəxs istintaqa cəlb edilib. Onlar barəsində Cinayət Məcəlləsinin 263-cü(ölümlə nəticələn yol-nəqliyyat hadisəsi törətmə) maddəsi ilə ittiham verilib.

İnterpress.az