Azərbaycanlı Almaniyada vağzalı partlatmaq istədibackend

Azərbaycanlı Almaniyada vağzalı partlatmaq istədi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xarici KİV-ə istinadən bildirir ki, oktyabrın 20-də axşam saatlarına 41 yaşlı azərbaycanlı içkili vəziyyətdə Almaniyadakı Kassel vağzalında çaxnaşma yaradıb.

Kassel-Vilhelmsyoh stansiyasına gələn qatarın bələdçiləri federal polis əməkdaşlarına sərnişinlərdən birinin özünü çox aqressiv apardığını xəbər veriblər.

Polislər onu sakitləşdirməyə cəhd edəndə o qışqıraraq yükünün içində bomba olduğunu və tezliklə partlayacağını deyərək qışqırıb.

Kişini sakitləşdirmək üçün polis əməkdaşları güc tətbiq etməyə məcbur olublar.

Sonradan azərbaycanlının yükünə və şəxsi əşyalarına baxış keçirilib. Adı açıqlanmayan azərbaycanlının yüklərinin arasında bomba aşkarlanmayıb.

Məlumata görə, azərbaycanlı Fransa pasportu ilə səyahət edib. Onun güclü içkili vəziyyətdə olduğu da müəyyənləşdirilib.

Almaniyanın federal polisi azərbaycanlını saxlayıb və ona qarşı cinayət işi qaldırılıb. Lakin tezliklə azadlığa buraxılıb.

Buna səbəb 500 avroluq cəriməni ödəmək üçün onun üstündə kifayət qədər pul olub.

İnterpress.az