Sumqayıt sakini tanışını küçədə bıçaqladıbackend

Sumqayıt sakini tanışını küçədə bıçaqladı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Hadisə şəhərin Sülh küçəsindəki \”Bilik\” Tədris Mərkəzinin yaxınlığında baş verib. Şəhər sakini Ağayarov Nail Şəmsəddin oğlu tanışı Mərdanov Saleh Sabirağa oğlu ilə şəxsi münasibətlər zəminində mübahisə edib.

Mübahisə əlbəyaxa davaya çevrilib. Nəticədə N.Ağayarov üzərində gəzdirdiyi bıçaqla S.Mərdanova bir neçə bıçaq zərbəsi endirib. S.Mərdanov yaralı vəziyyətdə hadisə yerindən uzaqlaşıb. Yaxınlıqdakı şəxslərin köməyi ilə o, xəstəxanaya yerləşdirilib.
Keçirilən əməliyyat tədbirləri nəticəsində hadisəni törədən N.Ağayarov saxlanılıb.

Faktla bağlı Sumqayıt şəhər Prokurorluğunda Cinayət Məcəlləsinin 29, 120.1-ci (qəsdən adam öldürməyə cəhd) maddəsilə cinayət işi başlanıb. ( trend.az )

İnterpress.az