Avtobus təhlükəsizlik kamerasına çırpıldı – Bakıdabackend

Avtobus təhlükəsizlik kamerasına çırpıldı – Bakıda

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Lent.az xəbər verir ki, hadisə Nəsimi rayonu Cəlil Məmmədquluzadə küçəsində baş verib. “İsuzu” markalı, 90 JH 814 dövlət qeydiyyat nişanlı avtobus sürücünün ehtiyatsızlığı səbəbindən təhlükəsiz şəhər xidmətinin dirəyinə çırpılıb. Nəticədə dirəyə quraşdırılmış kamera qoparaq yolun kənarında dayanmış “Mitsubishi Pajero” markalı avtomobilin üstünə düşüb. Maşının ban hissəsinə ziyan dəyib.

Faktla bağlı araşdırma aparılır.

İnterpress.az