Canavarlar kəndə hücum edib – VİDEObackend

Canavarlar kəndə hücum edib – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az-ın “Xəzər Xəbər”ə istinadən verdiyi məlumata görə, hadisə ötən gecə Göyçayın Çaxırlı kəndində baş verib.

Kənd sakini Eldəniz Abdullayevə məxsus tövləyə girən canavarlar 20 baş xırda buynuzlu heyvandan 4-nü parçalayıb, 1-ni isə yaralayıb.

Yaralı qoyun baytarların nəzarətinə götürülərək müalicə olunur. Ölən heyvanlar isə dezinfeksiya edilərək torpağa basdırılıb.

Sakinlərin sözlərinə görə, bu, vəhşi heyvanların kəndə ilk hücumu deyil. Əvvəllər də yırtıcılar bir neçə dəfə heyvanları və ev quşlarını tələf ediblər.

Kənddə heyvandarlıqla məşğul olan fermerlər vəhşi heyvanların hücumundan qorunmaq üçün ov tüfəngindən istifadəyə icazə verilməsini istəyirlər.

İnterpress.az