25° isti olacaqbackend

25° isti olacaq

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ekologiya və Təbii Sərvətlər Nazirliyindən verilən məlumata görə, bu gün paytaxtda havanın dəyişkən buludlu, əsasən yağmursuz olacağı gözlənilir. Səhər bəzi yerlərdə zəif duman olacaq.

Mülayim cənub-qərb küləyi gündüz arabir güclənəcək. Havanın temperaturu gecə 14-16° isti, gündüz 20-25° isti, Bakıda gecə 14-16°, gündüz 23-25° isti olacağı gözlənilir.

Atmosfer təzyiqi normadan aşağı 754 mm civə sütunundan 749 mm civə sütununa enəcək. Nisbi rütubət gecə 60-70 %, gündüz 40-50 % olacaq.

Azərbaycanın rayonlarında da əsasən yağmursuz hava şəraiti gözlənilir. Səhər bəzi yerlərdə duman olacaq. Lakin axşama doğru bəzi qərb rayonlarında qısamüddətli yağış yağacağı ehtimalı var. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 10-15°, gündüz 21-26° isti, dağlarda gecə 5-10°, gündüz 15-20° isti olacağı gözlənilir.

İnterpress.az