Evinə gələn qonağı öldürdübackend

Evinə gələn qonağı öldürdü

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rayon Prokurorluğundan APA-ya verilən məlumata görə, Xudat şəhərində şəhər sakini, 1964-cü il təvəllüdlü Bəxtiyar Şahlar oğlu Çobanov yaşadığı evdə tanışı, 1968-ci il təvəllüdlü Hikmət Zahuddin oğlu Babayevi bıçaqlayaraq öldürüb.

Məlumata görə, H. Babayev B. Çobanovun evinə qonaq gəlibmiş. Onlar yeyib-içərkən aralarında mübahisə düşüb və nəticədə B. Çobanov qonağı bıçaqlayıb.

Faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır.

İnterpress.az