Bakıda biznesmen qonşusunu ölümlə hədələdi: “Porsche” ilə üstündən keçərəm”backend

Bakıda biznesmen qonşusunu ölümlə hədələdi: “Porsche” ilə üstündən keçərəm”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az Lent.az-a istinadən xəbər verir ki, Binəqədi rayonu Əcəmi Naxçıvani küçəsində yerləşən çoxmərtəbəli binanın zirzəmisindəki qarajda, həmin ünvanda yaşayan Orxan Əhədovla Rəşad Məmmədov arasında münaqişə baş verib. Bu zaman O.Əhədov Rəşadı döyərək xuliqanlıq edib.

Yüngül bədən xəsarəti alan R.Məmmədov şikayət ərizəsi ilə polisə müraciət edib. Şikayətçi bildirib ki, Orxan Əhədov onu “Porsche” markalı avtomobillə tapdalayacağı ilə hədələyib.

Qeyd edək ki, hadisədə adı hallanan Orxan Əhədov biznesmendir.

Onu da qeyd edək ki, hadisə bir neçə gün əvvəl baş versə də, polis əməkdaşlarının zənglərinə baxmayaraq O.Əhədov məsələ barəsində izahat verməkdən boyun qaçırıb.

İnterpress.az