“Fənərbaxça” klubundan möhtəşəm “Qarabağ” pankartıbackend

“Fənərbaxça” klubundan möhtəşəm “Qarabağ” pankartı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İstanbuldakı “Şükrü Saracoğlu” stadionunda keçirilən bu qarşılaşmada “Fənərbaxça” klubu tərəfindən Azərbaycana və Qarabağa dəstək nümayiş etdirilib. Belə ki, tribunalardan birində “Qarabağ, könlümüzdəsən” sözləri yazılmış böyük pankart açılıb.

Əldə etdiyimiz məlumata görə, bu, Türkiyə və Azərbaycan İş Adamları və Sənayeçilər İctimai Birliyinin (TÜİB) sədri Hüseyin Büyükfıratın təşəbbüsü ilə Türkiyənin Azərbaycandakı səfirliyi tərəfindən həyata keçirilib. Bu, Ermənistan tərəfinin Azərbaycan və Türkiyə arasındakı münasibətləri pozmaq cəhdlərinə qarşı növbəti zərbə kimi də qiymətləndirilə bilər. ( yenicag )

“Fənərbaxça” klubundan möhtəşəm “Qarabağ” pankartı

İnterpress.az