Yaşlı qadın övladları tərəfindən küçəyə atılıb – VİDEObackend

Yaşlı qadın övladları tərəfindən küçəyə atılıb – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Yaşlı qadın ahıl vaxtında evdə nəvələri və ailəsi ilə oturmaq əvəzinə, küçələrdə, binaların girişlərində yatıb.

Övladları tərəfindən döyülərək küçəyə atılan 55 yaşlı Gülanə Əliyeva oğlu ilə Saray qəsəbəsində yaşayıb. Oğlunun psixi problemləri olduğu üçün onu döyərək evdən qovub.

Oğlu tərəfindən döyülərək evdən qovulan qadın qızının evinə pənah aparıb. Amma burda da həyat üzünə gülməyib. Bu dəfə kürəkəni tərəfindən küçələrə atılıb.

Bundan sonra biçarə qadın küçələrdə yaşamağa başlayıb. Zibilliklərdən çörək yığıb, dilənib və gecələr binaların girişlərində yatıb.

55 yaşlı biçarə qadın hazırda Azərbaycan Uşaqlar Birliyində məskunlaşıb.

Məsələni daha təfərrüatlı öyrənmək üçün üz tutduq yaşlı qadının yaşadığı ünvana. Öyrəndiklərimizdən isə sözün əsl mənasında şok olduq. Qadının oğlu 2003-cü ildən ölü kimi qeydiyyatda imiş. Hətta Saray qəsəbəsindəki qəbiristanlıqda onun adına qəbir daşı var. Qəbiristanlığın nəzarətçisi Əfqan Kərimov da belə bu şəxsin kimsəsiz şəxs kimi basdırıldığını bildirib.

Daha sonra qadının oğlu İlham Bayramovla ünsiyyətdə olmağa çalışdıq. İlhamdan anasının harda olduğunu soruşanda onun xəstəxanada olduğunu bildirib.

İlhamın yaşadığı mənzildəki qonşuları da onların normal ana-bala münasibətlərinin olmadığını bildiriblər. Oğlanın uzun illər ruhi xəstəlikdən əziyyət çəkməsi ailədəki problemlərin ardı-arasını kəsməyib.

Maraqlıdır ki, oğlan sağ ola-ola niyə ona qəbir daşı qoyulub? Onu diri-diri qəbrə kim qoyub? Bəlkə də 55 yaşlı qadının küçələrə atılmasının kökündə də elə bu sualların cavabı dayanır? Hər halda aidiyyəti orqanlar bu suallara aydınlıq gətirməlidirlər. ( xezerxeber.com )

İnterpress.az