“Onu ömür boyu gözləməyə hazıram”backend

“Onu ömür boyu gözləməyə hazıram”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Xanım sənətçi indiyə qədər heç yerdə danışmadığı sirlərini həmin verilişdə açıb-töküb.

Verilişin aparıcısı Mikayıl Güləddinoğlu həmin günü indiki kimi xatırlayır:

“Həmin verilişdə Fədayə Laçın ad çəkmədi, amma gizlin sevgi hekayəsini ilk dəfə olaraq bizə danışdı. Yadımdadır ki, bunu danışanda gözyaşlarına hakim ola bilmədi. Deyirdi ki, sevdiyi insan tanınmış adamdır, qızın da qəlbini mərdliyi ilə ələ alıb. Toyların birində tanış olublar. Fədayənin sənəti onu heyran edib. Sonradan bu münasibət sevgiyə çevrilib. Fədayə deyirdi ki, rayonda toyda olanda oğlan Bakıdan onu görməyə gəlirdi. Həmişə də hədiyyələr gətirirmiş… Etiraf etdi ki, doyunca sevgi yaşamadıq, o həbsxanaya düşdü.
Həbsxanaya düşməzdən əvvəl Fədayə onunla yaşadığı xoş günləri də xatırlamışdı:

“O xəstələndi, xəstəxanaya düşdü. Mən də günlərlə yanında qalıb, ona qulluq elədim. Əvvəllər xəstəxana işçiləri bilmirdi ki, mən onun nəyiyəm. Sonradan başa düşdülər və bizə hörmətlə yanaşdılar. Kaş indi də o həbsxanadan çıxıb, xəstə yataydı, mən də ona qulluq edəydim. Amma bilmirəm, onun içində mənə qarşı sevgi qalıb, ya yox. Əgər qalıbsa, onu ömür boyu gözləməyə hazıram”. ( yenicag )

İnterpress.az