Azərbaycan regionun mürəkkəb siyasi mühitində aktiv rol oynayırbackend

Azərbaycan regionun mürəkkəb siyasi mühitində aktiv rol oynayır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bunu AzNews.az-a millət vəkili Zahid Oruc bu gün Tehranda Azərbaycan, Rusiya və İran prezidentləri arasında keçirilən üçtərəfli görüşü şərh edərkən bildirib. Millət vəkili qeyd edib ki, Azərbaycan 3 imperiya varisinin mərkəzində yerləşir. Buna görə də Azərbaycan bu ölkələr arasında siyasi alət deyil, əksinə körpü olmaq, əməkdaşlığı gücləndirmək, əlaqələri təşviq etmək yolunu seçməklə öz mənafeyini uğurla qoruyur:

\”Hesab edirəm ki, cənab prezidentin son 3 gün ərzində 2 fərqli qitəni, fərqli siyasi qütbləri, fərqli siyasi maraqlı dövlətləri birləşdirən layihələrdə iştirakı, onun bir yandan lider gücünü sübuta yetirirsə, digər tərəfdən ölkəmizi çox amansız didişmələrdən, təhlükələrdən qorumuş olur. Bizim üçün Moskva-Tehran, Ankara-Moskva, Qərblə Çin arasında düşmənçilikləri deyil, dostluq əlaqələrini, yükdaşımaları, iqtisadi əlaqələri stimullaşdırmaq olduqca əhəmiyyətlidir. Bizim üçün Azərbaycan kimi ölkənin bu coğrafiya halında, bu əhali səviyyəsində etməli olduğu siyasət bundan ibarətdir. Bu baxımdan dövlətin təyinatı düzgün müəyyənləşdirilib. Prezident İlham Əliyev ulu öndər Heydər Əliyevdən aldığı böyük estafeti Azərbaycan xalqının maraqları naminə çox uğurla yönləndirə bilir. Ona görə də bölgədə hərəkətlilik fonunda Azərbaycan kənar passiv müşahidəçi rolunda deyil, aktiv bir şəkildə proseslərdə rol oynayır. Çünki regional gərginlik, siyasi qarşıdurmalar birbaşa bizim həyatımıza təsir göstərir\”.

Qeyd edək ki, bu gün Tehranda Azərbaycan, Rusiya və İran prezidentləri arasında üçtərəfli görüş keçiriləcək. İlham Əliyev, Vladimir Putin və Həsən Ruhani sammitdə infrastruktur layihələri və energetika sahəsində əməkdaşlıq məsələlərini müzakirə edəcəklər. Daha sonra İlham Əliyevin Vladimir Putinlə təkbətək görüşü gözlənilir. Bu formatda danışıqlar artıq ikinci dəfə keçiriləcək. Liderlər ilk dəfə prezident İlham Əliyevin təşəbbüsü ilə 2016-cı ilin avqustunda Bakıda bir araya gəlmişdilər.

İnterpress.az