“Balığı əsla qızartmayın” – Türkiyəli dietoloqbackend

“Balığı əsla qızartmayın” – Türkiyəli dietoloq

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Dietoloq bildirir ki, sağlamlığımız üzərində çox böyük təsiri olan balığı mütləq həftədə iki dəfə yemək lazımdır. Həmçinin daha çox fayda əldə etmək üçün doğru hazırlanması və doğru formada yeyilməsi lazımdır.

Qızartmayın

Balığı əsla qızartmayın, çünki qızardıldığında ağırlığının yarısı qədər yağ çəkir. Qida dəyərini itirir və kalori miqdarı artır. Daha çox yağsız formada, sobada, tərəvəzlərlə birlikdə buxarda bişdikdə daha faydalı olur.

Yaşıl salat ilə yeyin

"Balığı əsla qızartmayın" - Türkiyəli dietoloq

Balıqda ən az olan vitamin C vitaminidir. Buna görə balığın yanında yaşıl salat istifadə edin. Xüsusilə bol miqdarda limonlu bir yaşıl salat balıqdakı C vitamini əskikliyini də ləzzətli şəkildə bağlayan əla bir seçimdir.

Həftədə iki dəfə mütləq yeyin

Həftədə iki dəfə mütəmadi olaraq balıq yeməyi yaddan çıxarmayın. Balıq sayəsində həm ürəyinizi və sağlamlığınızı qoruyacaq, həm də yüksələn xolesterolu əziyyət çəkmədən aradan qaldıracaqsınız. Bədənin qış aylarında daha çox ehtiyac duyduğu A, B1, B2 və D vitaminlərini mütəmadi balıq yeyərək qarşılaya biləcəksiniz. Uşaqlarınızın da həm immunitetini gücləndirmək, həm də fiziki və zehni inkişaflarını dəstəkləmək üçün balıq yeməyə həvəsləndirin.

Kiçik balıqları qılçığı ilə yeyin

Balığın qılçığında olan yüksək miqdardakı kalsium və fosfor sümüklərin sağlığı və dayanıqlılığı baxımından son dərəcə əhəmiyyətlidir. Buna görə xüsusilə sümük əriməsi problemi yaşayanların kiçik balıqları qılçığı ilə yeməsində fayda var.

Mütləq limon sıxın

Balığı hazırlayarkən və yeyərkən mütləq üzərinə limon suyu sıxın. Limonun içində olan antioksidantar və C vitamini balıqdakı Omega 3-ün bədəndəki istifadəsini artırır.

Həddindən çox bişirməyin

"Balığı əsla qızartmayın" - Türkiyəli dietoloq

Balıqları çox bişirmək protein itkisinə səbəb olur və balıqdakı proteinin orqanizmimiz üçün faydası olmaz. Buna görə balıqları azca sulu qalacaq şəkildə bişirmək lazımdır.

"Balığı əsla qızartmayın" - Türkiyəli dietoloq

İnterpress.az