Milli Məclisinin sabiq deputatı Nizami Quliyev vəfat edibbackend

Milli Məclisinin sabiq deputatı Nizami Quliyev vəfat edib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bu barədə İnterpress.az-a onun yaxın dostu xəbər verib. Məlumata görə, mərhum Nizami Quliyev yüksək qan təzyiqi diaqnozu ilə yaşadığı Gədəbəydən Gəncə xəstəxanasına aparılarkən yolda dünyasını dəyişib.

Qeyd edək ki, N.Quliyev I və II çağırış Milli Məclisin deputatı olub. O, parlamentdə Azərbaycan Xalq Cəbhəsi Partiyasını (AXCP) təmsil edib.

Daha sonra AXCP-dən istefa verib və Aydınlar Partiyasına keçib.

İnterpress.az