Prezidentlərin növbəti Zirvə görüşünün tarixi və yeri məlum oldubackend

Prezidentlərin növbəti Zirvə görüşünün tarixi və yeri məlum oldu

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bu barədə İran prezidenti Həsən Ruhani mətbuat konfransında bildirib. Onun sözlərinə görə, prezidentlərin növbəti üçtərəfli görüşü 2018-ci ildə Rusiyada keçiriləcək.

“Cənab Putin növbəti üçtərəfli Zirvə görüşünün Rusiyada keçirilməsini təklif etdi. Biz də bununla razılaşdıq. Beləliklə, dövlət başçılarının növbəti görüşü 2018-ci ildə Rusiyada baş tutacaq”, – deyə H.Ruhani bildirib.

Qeyd edək ki, bu gün Tehranda Zirvə Toplantılar Mərkəzində İran prezidenti Həsən Ruhani, Azərbaycan prezidenti İlham Əliyev və Rusiya prezidenti Vladimir Putin arasında üçtərəfli görüş keçirilib. Danışıqların yekunu üzrə birgə bəyannamə qəbul edilib, prezidentlər mətbuata açıqlama ilə çıxış ediblər.

İnterpress.az