Azərbaycan Prezidenti Əli Xamenei ilə görüşübbackend

Azərbaycan Prezidenti Əli Xamenei ilə görüşüb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Görüşdə xalqlarımız arasındakı tarixi, mədəni və dini bağlılığın ölkələrimizi bir-birinə daha da yaxınlaşdırdığı qeyd edilib. Azərbaycan ilə İran arasındakı dostluq əlaqələrinin müxtəlif sahələrdə uğurla inkişaf etdiyi bildirilib. Vurğulanıb ki, iki ölkə arasında əlaqələrin bundan sonra da inkişaf etməsi üçün yaxşı imkanlar var.

“İran və Azərbaycan arasındakı qardaşlıq və yaxın əlaqələrin olmasını istəməyənlər var. Onların bu təhrikedici istəkləri və dağıdıcı addımları qarşısında müqavimət göstərmək, daha ciddi əzmkarlıq və iradə ilə iki ölkə arasındakı əlaqələri inkişaf etdirmək lazımdır”, deyə Ayətullah Xamenei

Prezident İlham Əliyev Azərbaycan və İran arasında mədəni, iqtisadi, enerji, tranzit və qarşılıqlı investisiya sahəsində əməkdaşlığın olduğunu vurğulayıb.

“Hazırda İranla iqtisadi və mədəni əlaqələrimizi möhkəmləndiririk və bu əlaqələrin davamlı və sarsılmaz olması üçün ciddi iradə var. Heç kimə iki ölkənin əlaqələrini pozmağa və müdaxilə etməsinə icazə verməyəcəyik”, deyə dövlət başçısı vurğulayıb.

İnterpress.az