ÜAK-ın qeydiyyatının ləğvi barədə qərardan Rusiya Ali Məhkəməsinə müraciət olunubbackend

ÜAK-ın qeydiyyatının ləğvi barədə qərardan Rusiya Ali Məhkəməsinə müraciət olunub

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

APA-nın Moskva müxbirinin verdiyi xəbərə görə, bu gün ÜAK-ın vəkili Ali Məhkəmənin Rəyasət Heyətinə birinci instansiya məhkəməsinin və Apellyasiya Kollegiyasının təşkilatın ləğvi haqqında Ədliyyə Nazirliyinin qaldırdığı iddia ilə bağlı çıxardıqları qərarlardan şikayət təqdim edib.

Qeyd edək ki, bu il mayın 15-də Rusiya Ali Məhkəməsi Ədliyyə Nazirliyinin iddiası əsasında ÜAK-nin qeydiyyatının ləğvi barədə qərar çıxarıb. Sentyabrın 19-da Ali Məhkəmənin Apellyasiya Kollegiyası ÜAK-ın şikayətini təmin etməyərək birinci instansiya məhkəməsinin qərarını qüvvədə saxlayıb.

Qeyd edək ki, ÜAK 2001-ci ildə yaradılıb.

İnterpress.az