İtkin düşən xeyriyyəçi qız tapıldı – YENİLƏNİBbackend

İtkin düşən xeyriyyəçi qız tapıldı – YENİLƏNİB

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bu gün günorta saatlarında yaxınlarına vida məktubu yazaraq itkin düşən 27 yaşlı Nigar Bayramlı tapılıb.

Hazırda N.Bayramlı evdə, yaxınlarının yanındadır, ona psixoloji yardım göstərilir. ( oxu.az )

***

Azərbaycan Uşaqlar Birliyində könüllü kimi çalışan Bayramlı anasına və qardaşına vida məktubu yazaraq evdən gedib. Onun gedərkən mobil telefonlarını və bütün qiymətli əşyalarını evdə qoyduğu bildirilir. Nigar Bayramlının depressiyada olduğu və intihara cəht edəcəyi istisna olunmur.

Nəsimi rayon Polis İdarəsindən 1news.az saytına bildirilib ki, Nigar Bayramlı sonuncu dəfə saat 13:20 radələrində “28 may” metrostansiyası yaxınlığında görünüb. Polis onu görən şəxslərdən Daxili İşlər Nazirlyinin 102 qaynar xəttinə və ya Azadlıq-86 ünvanıda yerləşən Nəsimi rayon Polis İdarəsinə məlumat vermələrini xahiş edir. Əlaqə telefonu: 440-15-26 və ya 440-64-75.

İnterpress.az