48 yaşlı Masallı sakini intihar edib – TƏFƏRRÜATbackend

48 yaşlı Masallı sakini intihar edib – TƏFƏRRÜAT

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Masallıda 48 yaşlı kişinin intiharının təfərrüatı məlum olub.

Rayondan AzNews.az-a verilən məlumata görə, İntiqam Fətullayevin həyat tərzi ağır olub:

“İntiqam ailəli idi, iki uşağı vardı. İçki düşkünü idi, içkisiz günü olmazdı. Onun bu hərəkətinə həyat yoldaşı dözmürdü. Tez-tez küsüb, açıq edib gedirdi. Hər dəfə də ağsaqqallar işə qarışıb, onları barışdırırdı. İntiqam isə bundan sonra daha da çox içirdi. İçməkdən qurumuşdu. Bir az da ruhi xəstəliyi vardı. İki xəstəlik bir arada ona güc gəldi. Sonda özünü öldürdü”.

Qeyd edək ki, Masallıda intihar hadisəsi baş verib. Rayon sakini, 1969-cu il təvəllüdlü İntiqam Ərşad oğlu Fətullayev intihar məqsədi ilə sirkə turşusu içərək özünü zəhərləyib. O, xəstəxanaya yerləşdirilsə də həyatını xilas etmək mümkün olmayıb.

***

İnterpress.az apa-ya istinadən xəbər verir ki, hadisə rayonun Digah kəndində qeydə alınıb. Kənd sakini, 1969-cu il təvəllüdlü İntiqam Ərşad oğlu Fətullayev sirkə turşusu içərək özünə qəsd edib. İntiharın səbəbləri hələlik məlum deyil.

Faktla bağlı Masallı rayon Prokurorluğunda cinayət işi başlanıb, araşdırma gedir.

İnterpress.az