Noyabrda Milli Məclisin 4 iclası keçiriləcək – Büdcə zərfinin müzakirə vaxtı bəlli oldubackend

Noyabrda Milli Məclisin 4 iclası keçiriləcək – Büdcə zərfinin müzakirə vaxtı bəlli oldu

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bu barədə Modern.az-a Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vahid Əhmədov məlumat verib.

Deputat bildirib ki, noyabrın 7-də Milli Məclisin komitələrinin birgə iclasında 2018-ci il üzrə Azərbaycanın dövlət və icmal büdcəsinin layihələri müzakirə başlayacaq.

“Müzakirələr iki gün davam edəcək”.

V.Əhmədov qeyd edib ki, noyabrın 14-də Milli Məclisin payız sessiyasının növbəti iclası keçiriləcək.

“Həmçinin noyabrın 21, 22, 23-də büdcə zərfinin layihəsi hökumət nümayəndələri ilə birlikdə Milli Məclisin plenar iclasında müzakirəyə çıxarılacaq”.

İnterpress.az