Polkovnikin rütbəsi əlindən alındıbackend

Polkovnikin rütbəsi əlindən alındı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az-ın \”Qafqazinfo”ya istinadən verdiyi xəbərə görə, hakim Qədim Babayevin icraatında olan prosesdə V.Ələkbərovun vəkilinin məhkəmə prosesinin qismən istintaqda keçirilməsi barədə vəsatəti təmin edilməyib.

Zərərçəkən Hüseyn Səfərov isə çıxış edərkən onların apellyasiya şikayətinin Bakı Hərbi Məhkəməsinin hakimi tərəfindən hazırlandığını deyib. Müdafiə tərəfinin təkidi ilə bu ifadə protokola qeyd edilib.

Bakı Hərbi Məhkəməsinin hökmü ilə V.Ələkbərov 12 il müddətinə azadlıqdan məhrum edilib. Məhkəmə həmçinin polkovnikin rütbəsinin əlindən alınması barədə xüsusi qərardad çıxarıb.

İttihama görə, təqsirləndirilən şəxs iş adamlarını MTN-ə gətirib, hədə-qorxu yolu ilə sahibkarların külli miqdarda pulunu ələ keçirib.

İnterpress.az